Xaqani Şirvani
"Qəzəl"
Getdikcə bu eşqin mərəzi pürxətər1 oldu,
Dərman elədikcə ona, döndü betər oldu.
Eşqin odu yandırdı mənim canımı, ey vay!.
Bu vaqiədən2 cümlə - cahan baxəbər oldu..
Həsrətdə qalıb, vəslə ümid eyləmişəm mən,
Zülmətdə qalıb, istəyim hər an qəmər oldu.
Sənsiz, gözəlim, hicrə dözüb zəhr içərdim,
Gəlcək yanıma zəhr dönüb bal, şəkər oldu.
Gördüm səni, hər dərdü ələm getdi, dağıldı,
Əhvalıma bax, sanki gecəydi, səhər oldu.
Xaqani, sevin, indi yarın rəhmə gəlibdir,
Bundan sonra könlün, deyəsən, bəxtəvər oldu.
____________________________
1. Pürxətər-çox xətərli, təhlükəli
2. Vaqiə - Quranın 56-cı sürəsi. Əhvalat, hadisə, macəra, yuxu
| Mahnının videosu |