Azərbaycan xalq mahnıları qədim dövrlərdən yaranaraq, təkmilləşərək, yaddaş vasitəsilə nəsildən-nəslə ötürülüb, bizə gəlib çatmışdır.

Xalq arasında çox sevilən, bütün yaş nəsillərinə mənsub insanlar, xüsusilə uşaqlar tərəfindən asan qavranılan mahnıların karaoke oxunması qeyri-adi təsir gücünə malik olub, insanlara estetik zövq aşılayaraq, onların mənəviyyatının zənginləşdirilməsinə xidmət edir.



<<< Mahnıların mətni


<<< Əsas səhifə



Xurşid Banu Natəvan

"Qərənfil"

 

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşən əra aşuftə1 gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!

Belə pəjmürdə hal ilə durubsan,

Düşər güllər əra qovğa, qərənfil!

Driğa kim, vəfasızdır bu gülşən,

Gedər bu tələti2-ziba, qərənfil!

Üzündən pərdeyi-nazın kənar et!

Unutma aşiqi, haşa qərənfil!

__________________________

1. aşuftə - həyacanlı, vurğun, aşiq.

2. tələt - surət, camal.



| Mahnının videosu |