Azərbaycan xalq mahnıları qədim dövrlərdən yaranaraq, təkmilləşərək, yaddaş vasitəsilə nəsildən-nəslə ötürülüb, bizə gəlib çatmışdır. Xalq arasında çox sevilən, bütün yaş nəsillərinə mənsub insanlar, xüsusilə uşaqlar tərəfindən asan qavranılan mahnıların karaoke oxunması qeyri-adi təsir gücünə malik olub, insanlara estetik zövq aşılayaraq, onların mənəviyyatının zənginləşdirilməsinə xidmət edir. >>>
Azərbaycan ədəbiyyat xəzinəsinin dəyərli incilərini özündə cəmləşdirən və yeni texnologiyalara əsaslanaraq yetişən nəsillərə çatdıran bir poeziya antologiyasıdır. Bu antologiyada qədim dövrlərdən bu günə qədər yüz klassik və çağdaş şairlərimizin yaradıcılığı bir nümunə ilə təmsil olunur. Azərbaycan dilinin mənimsənilməsində və təbliğində şeirlərin karaoke oxunması böyük əhəmiyyətə malikdir. >>>
     
 

Azərbaycan bəstəkarlarının mahnı və romanslarının karaoke oxunması milli mu-siqi irsimizin dərindən mənimsənilməsi üçün bir vasitədir. Bəstəkar mah-nıları mövzu baxımından rəngarəng və genişdir. Burada Ümummilli liderimiz Heydər Əliyev kimi tarixi şəxsiyyətin tərənnümü ilə bağlı mahnılar, vətənpərvərlik mahnıları, vətənimizin gözəlliklərinə həsr olunmuş mahnılarla yanaşı, analarımızın gözəl su-rətini yaradan, həmçinin insanların ülvi məhəbbətini təcəssüm etdirən lirik mah-nılar təqdim olunur. >>>

Azərbaycan Respublikası polietnik dövlətdir. Qədim odlar diyarında yaşayan xalqlar – azərbaycanlılar, ruslar, tatarlar, talışlar, ləzgilər, gürcülər, avarlar, saxurlar və başqaları milli-mədəni və folklor ənənələrinin qorunub saxlanılması və inkişafı üçün əlverişli şəraitə malikdirlər. Burada Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların mənəvi irsini əks etdirən rəngarəng musiqi nümunələri öz əksini tapır. >>>

İdeyanın
MÜƏLLİFİ

azerbaijan english russian
france spanish german