Məhəmməd Füzuli
"Qəzəl"
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qamu bimarinə1 canan, dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan2tutardım mən, dedilər yarə qıl rövşən3,
Desəm ol bivəfa bilmən, inanarmı, inanmazmı?
Şəbi-hicran4 yanar canım, tökər qan çeşmi-giryanım5,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarinə6 qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Deyildim mən sənə mail, sən etdin əqlimi zail7,
Mənə tən eyləyən qafıl, səni görcək utanmazmı?
Füzuli rindü şeydadır8, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?
__________________________________________
1. Bimar -dərd
2. Pünhan -gizli
3. Rövşən -aydın,aşkar. İşıqlı
4. Şəbi -hicran -ayrılıq gecəsi.
5. Çeşmi -giryan - ağlar göz
6. Rüxsar -yanaq, sifət
7. Zail -yox olan, gözdən itən, batan, müvəqqəti, fani.
8. Rindü -şeyda - dəlicəsinə vurğun rind (gününü eyş -işrətdə
| Mahnının videosu |