Azərbaycan xalq mahnıları qədim dövrlərdən yaranaraq, təkmilləşərək, yaddaş vasitəsilə nəsildən-nəslə ötürülüb, bizə gəlib çatmışdır.

Xalq arasında çox sevilən, bütün yaş nəsillərinə mənsub insanlar, xüsusilə uşaqlar tərəfindən asan qavranılan mahnıların karaoke oxunması qeyri-adi təsir gücünə malik olub, insanlara estetik zövq aşılayaraq, onların mənəviyyatının zənginləşdirilməsinə xidmət edir.



<<< Mahnıların mətni


<<< Əsas səhifə



İmadəddin Nəsimi

"Qəzəl"

Məndə sığar iki cahan, mən bu cahana sığmazam!

Gövhəri-laməkan1mənəm, kövnü məkana2 sığmazam!

Ərş3 ilə fərşü kafü nun4, məndə bulundu cümlə çun,

Kəs sözünü və əbsəm5 ol, şərhü bəyanə sığmazam.

Kövnü məkandır ayətim6, zatinədir7 bidayətim8,

Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanı zənnilə olmadı həqqilə biliş,

Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

Surətə baxü məniyi surət içində tanı kim,

Cismilə can mənəm, vəli, cismilə canə sığmazam.

 

Həm sədəfəm, həm inciyəm, həşrü9 sirat10 əsənciyəm11,

Bunca qümaşü rəxt12 ilə mən bu dükanə sığmazam.

Gənci-nihan13 mənəm, mən uş, eyni-əyan mənəm,

mən uş

Gövhəri-kan14 mənəm, mən uş, bəhrəvü kanə15

sığmazam.

Gərçi-mühiti-əzəməm, adım Adəmdir, adəməm,

Tur16 ilə kün-fəkan mənəm, mən bu məkanə sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə17 həm zaman mənəm,

Gör bu lətifəyi ki, mən, dəhrü zəmanə sığmazam.

Əncüm18 ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,

Çək dilini və əbsəm ol, mən bu lisanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,

Surəti gör bəyanilə, çünki bəyanə sığmazam.

 

Zatiləyəm sifat ilə, gülşəkərəm nəbat ilə,

Qədriləyəm bərat19 ilə, püstə dəhanə sığmazam.

Şəhd20 ilə həm şəkər mənəm, şəms21 mənəm,

qəmər22 mənəm,

Ruhi-rəvan23 bağışlaram, ruhi-rəvanə sığmazam.

Tir24 mənəm, kəman mənəm, pir mənəm, cavan mənəm,

Dövləti-cavidan25 mənəm, ayinədanə26 sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm27, qüreyşiyəm28,

Məndən uludur ayətim, ayətə, şanə sığmazam.

______________________________

1. Gövhəri laməkan -yeri bilinməyən gövhər.

2. Kövnü məkan -aləm, kainat

3. Ərş - qübbə,göy qübbəsi, taxt tac

4. Kafünun (qısaldılmış şəkli künfəyakün) - aləm, dünya,alt -üst,xaos,darmadağın Quran ayələrində olan oldu

5. Əbsəm -dilsiz

6. Ayə -Quranın hər surəsinin tərkib hissəsini təşkil edən misra.

7. Zat - mahiyyət, şəxs, subyekt.

8. Bidayət- başlanğıclar.

9. Həşr -toplanma. İslama görə giyamət günü ölülərin dirilib sorğu

-suala tutulmaq üçün cəmlənməsi.

10. Sirat - yol. Qıl körpüsü.

11. Əsənlik - sağlıq, sağlamlıq.

12. Rəxt -qoşu ləvazimatı, səfər ləvazimatı, ev avadanlığı,paltar.

13. Gənci nihan -gizli xəzinə

14. Gövhəri -kan - daş -qaş mədəni.

15. kan - mənbə, mədən.

16. Tur - dağ.

17. Dəhr - zaman, dövr, dünya, aləm.

18. əncüm - ot, kol -kos. Ulduzlar.

19. Bərat - kağız, məktub. Məhəmməd peyğəmbərə Allah tərəfindən

verilmiş vəhy.

20. Şəhd - bal.

21. Şəms - günəş.

22. Qəmər - ay.

23. Ruhi -rəvan - istəkli.

24. Tir - ox, güllə, dirək. Merkuri planeti.

25. Dövləti -cavidan - ədəbiyyət aləmi.

26. Ayinədan - güzgü çərçivəsi.

27. Haşimi - Məhəmməd peyğəmbərin ata nəslindən olan, haşimələr

sülaləsi.

28. Qüreyş - Məhəmməd peyğəmbərin qəbiləsi.



| Mahnının videosu |