Azərbaycan xalq mahnıları qədim dövrlərdən yaranaraq, təkmilləşərək, yaddaş vasitəsilə nəsildən-nəslə ötürülüb, bizə gəlib çatmışdır.

Xalq arasında çox sevilən, bütün yaş nəsillərinə mənsub insanlar, xüsusilə uşaqlar tərəfindən asan qavranılan mahnıların karaoke oxunması qeyri-adi təsir gücünə malik olub, insanlara estetik zövq aşılayaraq, onların mənəviyyatının zənginləşdirilməsinə xidmət edir.



<<< Mahnıların mətni


<<< Əsas səhifə



Seyid Əzim Şirvani

 

Dolanım başına ey nazlıca yarım, bəri bax,

İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.

İşvə ağaz qılıb səbrimi tarac etmə,

Getdi dildən dəxi aramü qərarım, bəri bax.

Xəm1 emiş qamətim əbrulərinin2qurbanı,

Zülfi-pürtabına3 qurban təni-zarım, bəri bax.

Bu cəfadidə dil, ol kakili4-mişkinə fəda,

Gözlərin sədəqəsi bu cismi-fikarım, bəri bax.

Can nisar5 etməyə amadədi6 Seyyid, gözəli,

Gər desən lütfilə7: ey aşiqi-zarım, bəri bax!

____________________________________

1. Xəm - əyri.

2. əbru - qaş.

3. pürtab - parlaq, işıq.

4. kakil - saç.

5. nisar - saçma, səpmə, dağıtma. Qurban.

6. amadə - hazır.

7. lütf - xeyirxahlıq.



| Mahnının videosu |