Nİzami Gəncəvi
"Qəzəl"
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin: "Yox yara hacət1 sənsiz!"
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət sənsiz!
Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
____________________________
1 Hacət -zəruri olan şey, ehtiyac, istək.
| Mahnının videosu |