"Axşam mahnısı"
I
Qaş qaralır, kölgə tutur
Yavaş-yavaş meşəni.
Gözüm yolda, könlüm səsdə,
Gözləyirəm mən səni.
Nəqarət:
Səbrim getdi, harda qaldı,
Qaş qaraldı, gəlməyir.
Bəlkə mənim qəlbimdəki
Döyüntünü bilməyir.
A______________A
Səbrim getdi, gəlməyir.
A______________A
Qaş qaraldı, gəlməyir.
II
Aydın göylər, uca dağlar,
Göy meşələr, lal sular.
Sizi gördüm, ürəyimdə
Aşıb-daşdı arzular.
Nəqarət.
| Mahnının videosu | Not yazısı|