Azərbaycan bəstəkarlarının mahnı və romanslarının karaoke oxunması milli musiqi irsimizin dərindən mənimsənilməsi üçün bir vasitədir.

Bəstəkar mahnıları mövzu baxımından rəngarəng və genişdir. Burada Ümummilli liderimiz Heydər Əliyev kimi tarixi şəxsiyyətin tərənnümü ilə bağlı mahnılar, vətənpərvərlik mahnıları, vətənimizin gözəlliklərinə həsr olunmuş mahnılarla yanaşı, analarımızın gözəl surətini yaradan, həmçinin insanların ülvi məhəbbətini təcəssüm etdirən lirik mahnılar təqdim olunur.


<<< Mahnıların mətni


<<< Əsas səhifə

"Anam"

I

Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü anam,
Hara getsəm, gözün mənə baxar.
Ana qəlbin layla olar, gəzər,
Doğma səsin ömrü-günü bəzər.


Nəqarət:

Laylay dedin anam, laylay dedin mənə,
Həyat verdin mənə, əziz anam,
Laylan hələ yaşar, laylan ellər aşar,
Günəş kimi yana-yana, anam.
ki-mi ya - na - ya- na, a

II

Ana, səsin aydın səhər olar,
Ana, qəlbin keşik çəkər bizə.
Yolun üstə uzaq səfər olar,
İşıq olar nurdan düşən gözə.
Mənim görən gözümsən, sən, ana,
Ömrüm-günüm, özümsən, sən, ana!


Nəqarət.



| Mahnının videosu | Not yazısı|