"Gilavar"
I
Gəzib, gəzib dərələri, düzləri,
Nə durmusan, dincəlmisən, gilavar!
Vətənimin bu mehriban qoynuna,
Xoş gəlmisən, ay gilavar.
Nəqarət:
Fəsil-fəsil dəyişdikcə havalar, havalar,
Könlümüzdə nəğmə desin ilk bahar.
Sən də qoşul bu nəğmənin səsinə,
Ay gilavar, ay gilavar.
II
Hərdən xəyal bir qanadlı quş olur,
Həzin, coşqun nəğmələrə qoşulur.
Yüz möhnəti bir sevinclə əridər,
İnsan ömrü xoş olar.
Nəqarət.
| Mahnının videosu | Not yazısı |