Azərbaycan bəstəkarlarının mahnı və romanslarının karaoke oxunması milli musiqi irsimizin dərindən mənimsənilməsi üçün bir vasitədir.

Bəstəkar mahnıları mövzu baxımından rəngarəng və genişdir. Burada Ümummilli liderimiz Heydər Əliyev kimi tarixi şəxsiyyətin tərənnümü ilə bağlı mahnılar, vətənpərvərlik mahnıları, vətənimizin gözəlliklərinə həsr olunmuş mahnılarla yanaşı, analarımızın gözəl surətini yaradan, həmçinin insanların ülvi məhəbbətini təcəssüm etdirən lirik mahnılar təqdim olunur.


<<< Mahnıların mətni


<<< Əsas səhifə

"Reyhan"

I

Dağlar qızı, Reyhan, Reyhan, Reyhan,
Canım sənə qurban, Reyhan, Reyhan,
Aləm sənə heyran, Reyhan, Reyhan.

Nəqarət:

Nə gözəlsən, ay qız,
Gül-çiçəksən, ay qız.
Bir dənəsən, ay qız,
Dürdanəsən, ay qız.
Nə qəşəngsən, ay qız,
Gül-çiçəksən, ay qız.
Bir dənəsən, ay qız,
Dürdanəsən, ay qız.

II

Gözəllər gözəli, Reyhan, Reyhan,
Sevdamın əzəli, Reyhan, Reyhan.
Aləm sənə heyran, Reyhan, Reyhan.

Nəqarət.

III

Zil qaradır gözün, Reyhan, Reyhan,
Baldan şirin sözün, Reyhan, Reyhan,
Aləm sənə heyran, Reyhan, Reyhan.

Nəqarət.



| Mahnının videosu | Not yazısı |