Azərbaycan bəstəkarlarının mahnı və romanslarının karaoke oxunması milli musiqi irsimizin dərindən mənimsənilməsi üçün bir vasitədir.

Bəstəkar mahnıları mövzu baxımından rəngarəng və genişdir. Burada Ümummilli liderimiz Heydər Əliyev kimi tarixi şəxsiyyətin tərənnümü ilə bağlı mahnılar, vətənpərvərlik mahnıları, vətənimizin gözəlliklərinə həsr olunmuş mahnılarla yanaşı, analarımızın gözəl surətini yaradan, həmçinin insanların ülvi məhəbbətini təcəssüm etdirən lirik mahnılar təqdim olunur.


<<< Mahnıların mətni


<<< Əsas səhifə

"Leyla"

I

Dalğa dalğanı qovar,
Sahilinə aparar.
Yenə də külək əsər,
Dəniz tufan qoparar.

Nəqarət:

Leyla, yolları alır duman,
Üzülürəm ayrılıqdan.
Bəlkə sən də tənhasan,
Ümidimiz tanrıdan.

II

Sənsiz, bil, zülmət olur
Taleyin üfüqləri.
Səninlə ötən anlar
Dönə biləydi geri.

Nəqarət.



| Mahnının videosu | Not yazısı |