Azərbaycan bəstəkarlarının mahnı və romanslarının karaoke oxunması milli musiqi irsimizin dərindən mənimsənilməsi üçün bir vasitədir.

Bəstəkar mahnıları mövzu baxımından rəngarəng və genişdir. Burada Ümummilli liderimiz Heydər Əliyev kimi tarixi şəxsiyyətin tərənnümü ilə bağlı mahnılar, vətənpərvərlik mahnıları, vətənimizin gözəlliklərinə həsr olunmuş mahnılarla yanaşı, analarımızın gözəl surətini yaradan, həmçinin insanların ülvi məhəbbətini təcəssüm etdirən lirik mahnılar təqdim olunur.


<<< Mahnıların mətni


<<< Əsas səhifə

"Sabaha İlhamla"

I

Ömür çox gözəldir, ömür firavan,
Bizə dayaq olub o böyük insan.
Əməli işıqlıdır, əməli təmiz,
Çiyin-çiyinə durub, dayanmışıq biz,
Bu yurdun, Vətənin dayağı İlham!
Odlar torpağına inam gətirdin,
Heydər bu diyara İlham gətirdi.
Əməli işıqlıdır, əməli təmiz,
Çiyin-çiyinə durub, dayanmışıq biz,
Bu yurdun, Vətənin dayağı, İlham!


Nəqarət:

Dünya tanıyır onu, Azərbaycan oğlunu,
Yurda əsgər oğlunu tanıyır aləm.
Bizimlədir gələcək, onunla o güləcək,
Vətən öndə gedəcək xoş sabaha İlhamla!

II

Torpaq, onu sevsən, anadır sənə,
Layiq olmalısan yurda, Vətənə.
Əməli işıqlıdır, əməli təmiz,
Çiyin-çiyinə durub, dayanmışıq biz,
Bu yurdun, Vətənin dayağı İlham!
Odlar diyarının layiq övladı,
Bütün yer üzündə tanınır adı.
Əməli işıqlıdır, əməli təmiz,
Çiyin-çiyinə durub, dayanmışıq biz,
Bu yurdun, Vətənin dayağı, İlham!


Nəqarət.



| Mahnının videosu | Not yazısı|