Azərbaycan bəstəkarlarının mahnı və romanslarının karaoke oxunması milli musiqi irsimizin dərindən mənimsənilməsi üçün bir vasitədir.

Bəstəkar mahnıları mövzu baxımından rəngarəng və genişdir. Burada Ümummilli liderimiz Heydər Əliyev kimi tarixi şəxsiyyətin tərənnümü ilə bağlı mahnılar, vətənpərvərlik mahnıları, vətənimizin gözəlliklərinə həsr olunmuş mahnılarla yanaşı, analarımızın gözəl surətini yaradan, həmçinin insanların ülvi məhəbbətini təcəssüm etdirən lirik mahnılar təqdim olunur.


<<< Mahnıların mətni


<<< Əsas səhifə

"Bakı"

I

Xəzərinin sinəsi gah zil, gah da bəm olur,
Yarpaqların, güllərin niyə hərdən nəm olur?
Səndən ayrı düşəndə sinəm dolu qəm olur,
Səndən ayrı düşəndə sinəm dolu qəm olur,
Qucağında Xəzərin yatıb dincələn Bakı,
Qarı, çisgin yağışı əyri, köndələn Bakı.
Qucağında Xəzərin yatıb dincələn Bakı,
Qarı, çisgin yağışı əyri, köndələn Bakı.

II

Hələ neçə küçəndə güllər dəstələnməyib,
Hələ neçə nəğmənin xalı bəstələnməyib.
Yüz il ömür sürəydim bir gün xəstələnməyib,
Yazaydım, yaradaydım şən nəğməni mən, Bakı,
Söyləyəydim hər yanda onu ürəkdən, Bakı.



| Mahnının videosu | Not yazısı|