"Yaylıq"
I
QIZ:
Anamdan bir yaylıq aldım,
Heç bilmirəm harda saldım.
Səndədirsə, ver yaylığı,
Yaylıq salar ayrılığı, gülüm,
Gözəl oğlan, ver yaylığı.
Yaylıq salar ayrılığı, yarcan,
Gözəl oğlan, ver yaylığı.
OĞLAN:
Yaylığını tanı, ay qız,
Məndə yaylıq hanı, ay qız?
Kim deyir yaylıq məndədir?
Bəlkə qalıb, çəməndədir, ay gözəl,
Gəl axtar, tap yaylığını.
II
QIZ:
Ay kələkbaz oğlan, oğlan,
İnciyərəm səndən, inan.
Gəlməsə yaylıq qarşıma,
Xəbər verrəm qardaşıma,
yar, yarcan,
Gözəl oğlan, ver yaylığı.
Xəbər verrəm qardaşıma, yarcan,
Gözəl oğlan, ver yaylığı.
OĞLAN:
Qurban olum göz-qaşına,
Gedib demə qardaşına.
Sevgilinəm, gəl incimə,
Yaylıq məndədir, gözəllər gözəli,
Al, ay gözəl, al yaylığı.
| Mahnının videosu | Not yazısı|