Azərbaycan xalq mahnıları qədim dövrlərdən yaranaraq, təkmilləşərək, yaddaş vasitəsilə nəsildən-nəslə ötürülüb, bizə gəlib çatmışdır.

Xalq arasında çox sevilən, bütün yaş nəsillərinə mənsub insanlar, xüsusilə uşaqlar tərəfindən asan qavranılan mahnıların karaoke oxunması qeyri-adi təsir gücünə malik olub, insanlara estetik zövq aşılayaraq, onların mənəviyyatının zənginləşdirilməsinə xidmət edir.



<<< Mahnıların mətni


<<< Əsas səhifə



"Sarı gəlin"

I

Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər, Sarı gəlin.
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər,
Neynim aman, aman,
Neynim aman, aman, Sarı gəlin.

II

Bu dərənin uzunu,
Çoban, qaytar quzunu, Sarı gəlin.
Nə ola, bir gün görəydim
Nazlı yarımın üzünü,
Neynim, aman, aman,
Neynim aman, aman, Sarı gəlin.



| Mahnının videosu | Not yazısı|