"Ay dilbər"
I
Dağların başı
Qışda qar olar.
Yar yarın görməsə,
Rəngi saralar.
Nəqarət:
Ay gözəlim, ay mələyim!
Ay gözəlim, ay mələyim!
Gəl məni dindir,
Qəlbim sənindir.
Dövran nə gözəl,
nə gözəl, nə gözəl!
Canan nə gözəl,
nə gözəl, nə gözəl!
Ay dilbər, can dilbər, çal dilbər,
Tellər oynasın.
II
Araz dərindir,
Suyu sərindir.
Gəl, nazlı dilbərim,
Bir məni dindir.
Nəqarət:
Ay gözəlim, ay mələyim!
Ay gözəlim, ay mələyim!
Gəl məni dindir,
Qəlbim sənindir.
Dövran nə gözəl,
nə gözəl, nə gözəl!
Canan nə gözəl,
nə gözəl, nə gözəl!
Ay dilbər, can dilbər, çal dilbər,
Tellər oynasın.