"Bülbüllər oxur"
I
Bülbüllər oxur,
Cəh-cəh vurur bağda gül üstə.
Ay oğlan, boyu bəstə,
Gəl əyləş çəmən üstə.
Sən məndən könül istə,
Mən deyim “gözüm üstə”.
II
Bəh-bəh nə gözəl
Candır, əcəb sərvi-rəvandır.
Oğlan, getmə, amandır!
Məni başa dolandır.
Üzün qoy üzüm üstə,
Əcəb yaxşı zamandır.
III
Altında boz at,
Çiynində tüfəng, belində qatarı.
Ay oğlan, sən tanrı,
Dolan, gəl bizə sarı.
Gələrsən, qadan allam,
Gedərsən, yola sallam.