Azərbaycan xalq mahnıları qədim dövrlərdən yaranaraq, təkmilləşərək, yaddaş vasitəsilə nəsildən-nəslə ötürülüb, bizə gəlib çatmışdır.

Xalq arasında çox sevilən, bütün yaş nəsillərinə mənsub insanlar, xüsusilə uşaqlar tərəfindən asan qavranılan mahnıların karaoke oxunması qeyri-adi təsir gücünə malik olub, insanlara estetik zövq aşılayaraq, onların mənəviyyatının zənginləşdirilməsinə xidmət edir.



<<< Mahnıların mətni


<<< Əsas səhifə



"Ay qız, sənə mayiləm"

I

Ay qız, sənə mayiləm, boynunda həmayiləm.
Dost payı şirin olar, hər nə versən qayiləm.

Nəqarət:

Qaşın, gözün, şirin sözün
Aldı mənim canımı.
Mən sənə qurban, mən sənə heyran.
Ay xanım, xanım, sən mənim canım,
Gəl səni alım, qurbanın olum, ay xanım.

II

Araxçının məndədir, sərmişəm, çəməndədir.
Dünya gözələ dönsə, mənim gözüm səndədir.

Nəqarət:

Qaşın, gözün, şirin sözün
Aldı mənim canımı.
Mən sənə qurban, mən sənə heyran.
Ay xanım, xanım, sən mənim canım,
Gəl səni alım, qurbanın olum, ay xanım.



| Mahnının videosu | Not yazısı|