"Gözəl, sənə məlum olsun"
I
Gözəl, sənə məlum olsun,
Alışıram, yanıram mən.
Ala gözlərin görəndə,
Canımdan usanıram mən.
Nəqarət:
Hansı dağın maralısan?
Heyif, məndən aralısan.
Sən də yardan yaralısan,
Duruşundan qanıram mən.
II
Mənim adım Ələsgərdi,
Adım dillərdə əzbərdi.
Xalların dürrü gövhərdi,
Sərrafıyam, tanıram mən.
Nəqarət:
Hansı dağın maralısan?
Heyif, məndən aralısan.
Sən də yardan yaralısan,
Duruşundan qanıram mən.