"Ay Laçın"
I
Araz axar lil ilə,
Dəstə-dəstə gül ilə.
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə.
Nəqarət:
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.
II
Bağçaları sarı gül,
Yarı qönçə, yarı gül.
Tez açıldın, tez soldun,
Olmayaydın barı, gül.
Nəqarət:
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.
| Mahnının videosu | Not yazısı |