"Bazardan alma"
I
Bazardan alma allam, sataram,
Xəlvətdə durma, gəlləm taparam.
Nəqarət:
Ay haray yar əlindən,
O qara tellərindən.
Əgər izin versən, bala,
Öpərəm gözlərindən.
II
Bağlardan çiçək dərrəm, sataram,
Bir üzü göyçək hardan taparam?
Nəqarət:
Ay haray yar əlindən,
O qara tellərindən.
Əgər izin versən, bala,
Öpərəm gözlərindən.
Əgər izin versən, gülüm,
Öpərəm gözlərindən.
III
Bazardan hulu allam, sataram,
Bir uca boylu hardan taparam?
Nəqarət:
Ay haray yar əlindən,
O qara tellərindən.
Əgər izin versən, bala,
Öpərəm gözlərindən.
Əgər izin versən, gülüm,
Öpərəm gözlərindən.