Elmi redaktordan


<<< Əsas səhifə



 

Bu toplunu Ulu öndərimiz Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar" sözləri ilə açmağımız xüsusi məna kəsb edir. Həqiqətən də, görün, Azərbaycanda ölkənin köklü əhalisi olan azərbaycanlılarla yanaşı, nə qədər xalqlar, millətlər yaşayır: talış, avar, ləzgi, ingiloy, udin, rus, rutul.....

Onlar əsrlər boyu azərbaycanlılarla qaynayıb-qarışmış, bir süfrə arxasında çörək kəsmiş, toy-üyünlərində, hüznlü günlərində bir olmuş, sevinclərini-kədərlərini bölüşmüşlər.

Bütün dövrlərdə olduğu kimi, bu gün də Azərbaycanda müxtəlif xalqların, milli azlıqların yaşaması üçün hər bir şərait var. Onlar burada ölkənin tamhüquqlu vətəndaşı kimi yaşayıb-yaradırlar, təhsil alırlar, müxtəlif sahələrdə çalışırlar. Azərbaycanda azsaylı xalqların öz dillərində məktəbləri fəaliyyət göstərir.

Müstəqil dövlətimizin gündən-günə çiçəklənməsində onların da əməyi var. Bu da Ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin bəhrələridir.

Bunun sayəsində müstəqil Azərbaycan Respublikası dünyanın ən tolerant ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda yaşayan hər bir xalq öz qan yaddaşı ilə nəsildən-nəslə ötürdükləri mədəniyyətlərini, folklor musiqisini bu gün də yaşadır, inkişaf etdirir. Öz dillərində danışır, öz adət-ənənələrini canlandırır, öz mahnılarını oxuyur.

Bu mahnılar xalqın igid oğul və qızlarını, bərəkətli torpağı, Vətənimiz Azərbaycanı tərənnüm edir. Bu mahnılardan biz də zövq alırıq, bizim də həmin mahnıları oxumaq həvəsimiz oyanır.

Bu nəşr həm də mənəvi, estetik, etik mahiyyət daşıyaraq, respublikada maarifçiliyin genişləndirilməsinə, gənc nəslin təlim- tərbiyəsinə, mənəviyyatının zənginləşməsinə, onların vətənpərvərlik ruhunun yüksəldilməsinə istiqamətlənmişdir.

Professor, Fərhad BƏDƏLBƏYLİ